“Avtoşluq” edən azərbaycanlı bəy toyuna gedəndə saxlanıldı – 3 SUTKA HƏBSbackend

“Avtoşluq” edən azərbaycanlı bəy toyuna gedəndə saxlanıldı – 3 SUTKA HƏBS

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Sankt-Peterburq şəhəri Kirov rayon məhkəməsi azərbaycanlı Rəsul Şiraz oğlu Soltanov haqqında 3 sutkalıq həbs qərarı çıxarıb.  Rəsul Soltanov öz toyuna gedərkən BMV markalı avtomobiliylə “avtoşluq” edibmiş.

Məlumata görə, şəhərin Marşal Qovorov küçəsi ilə Vasili Alekseyev küçəsinin kəsişməsində avtomobiliylə qeyri-adekvat hərəkət edən Soltanovu yol polisi saxlayıb.
Polis şöbəsinə gətirilən Soltanov öz toyuna getdiyini bildirsə də, o, məhkəməyə aparılıb. Yol hərəkəti qaydalarını kobud pozduğuna və nəqliyyatın hərəkətinə təhlükə yaratdığına görə, haqqında 3 sutkalıq həbs qərarı çıxarılıb.