Axtarışda olan geymer 8 il divanın içində GİZLƏNİBbackend

Axtarışda olan geymer 8 il divanın içində GİZLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkotik satdığı üçün axtarılan geymer 8 il divanın içində gizlənib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyanın Kuzbass bölgəsində narkotik alverinə görə 2018-ci ildən axtarışda olan 36 yaşlı kişi 8 il ərzində anasının evində divanın içində gizlənərək yaşayıb.

Məlumata görə, kişi məhkəmə zamanı qaçıb və sonradan qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.

O, bütün bu illər ərzində küçəyə çıxmadan divanın içində gizlənib.

Kişinin kompüter oyunlarında müxtəlif əşyaları əldə edib sataraq ayda 30-40 min rubl (təxm. 620-820 man) qazandığı bildirilir.

Əməliyyatçılar onu rəqəmsal texnologiyaların köməyi ilə müəyyən ediblər.

Hazırda kişi 9 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsinə göndərilib.

Xuraman Etibarlı

İnterpress.az