Aygün Kazımovanı güddülər – VİDEObackend

Aygün Kazımovanı güddülər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV-nin “Özəl” verilişinin növbəti qonağı müğənni-bəstəkar Rəhim Rəhimli olub.

İfaçı Aygün Kazımovanı televiziyaya gətirmək üçün çəkdiyi əziyyətdən danışıb:

“Verilişin ilk buraxılışı idi. Artıq Aygünlə danışmışam ki, yeni verilişin ilk qonağı sənsən. Rəhbərlik mənə dedi ki, gətirə bilməzsən. Dedim ki, mənə söz verib. O vaxt elə də yaxın münasibətimiz yox idi, ilk addımları idi. Mən əmin olmalı idim ki, Aygün Kazımova 100 faiz gələcək. Düşündüm ki, bunu necə edim? Dedim gedib bu qızı güdəcəyəm. Saat 10-dur və mən arxada avtomobilin içərisində gizlənmişəm. Bu yandan da televiziya ilə əlaqə saxlayıram ki, tamaşaçılar gəldimi, problem yoxdur ki, və s. Artıq 11-ə 8 dəqiqə qalmış qapı açıldı və Kazımova nəzarətçiləri ilə maşına mindi, mən də onların arxasınca düşdüm. Proqramın başlamasına 2-3 dəqiqə qalıb. Qaza basdım və gəlib onları keçdim. Canlı yayıma beş dəqiqə gecikdik, amma söz verdiyi kimi gəlib çıxdı”.

 

 

 

 

İnterpress.az