“Azərbaycan gündəmini rəhbər tutmağa davam etsək…“ – Erməni deputatbackend

“Azərbaycan gündəmini rəhbər tutmağa davam etsək…“ – Erməni deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan gündəmini rəhbər tutmağa davam etsək və Ermənistan hakimiyyəti indi yalnız Azərbaycan gündəmini təbliğ edərsə, gələcəkdə yeni itkilərimiz və yeni təhlükəsizlik problemlərimiz olacaq”.

Yenisabah.az “Armlur.am”a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan polisinin Gorus-Qafan dövlətlərarası magistral yolunun Vorotan qəsəbəsi yaxınlığındakı yerdə İran yük maşınlarını yoxlaması Azərbaycanın əvvəllər bu yolu həmin səbəbə görə bağladığını göstərir.

“Gorus-Qafan yolunun bəzi hissələrində Azərbaycan postlarının genişlənməsi və bərkidilmənin təmin edilməsi Azərbaycanın bu yola daha çox iddialarının olduğunu göstərir. Azərbaycan öz taktiki üstünlüklərində təkcə Qarabağ və Ermənistanın müxtəlif bölgələrinə nəzarəti gücləndirmək yox, həm də bundan sonra danışıqlar prosesində siyasi kart kimi istifadə etmək üçün istifadə edir”, – deyə Tiqran Abramyan qeyd edib.

Onun fikrincə, Nikol Paşinyanın Sünik əyalətinin qəsəbələri ilə bağlı açıqlamalarında Azərbaycan toponimlərindən istifadə edərək cəmiyyəti yeni itkilərə hazırlayır.