“Azərbaycan müxalifəti Paşinyanın “böyük demokrat” obrazını yaratmağa çalışır“ – Sərt ittihambackend

“Azərbaycan müxalifəti Paşinyanın “böyük demokrat” obrazını yaratmağa çalışır“ – Sərt ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Politoloq Elxan Şükürlünün Yenisabah.az-a müsahibəsi:

– Azərbaycanın bəlli siyasi dairələrində Nikol Paşinyanın Qərb yönümlü siyasətçi, demokrat kimi təqdim edilməsinə necə yanaşırsız? Paşinyan, həqiqətən, demokratdır?

– Ermənistanda KTMT-dən və Avrasiya İttifaqından çıxmaq çağırışlarının yenidən gücləndiyi, Rusiya ilə münasibətlərin gərginləşdiyi bir dönəmdə Azərbaycanda da Rusiyaya cəbhə açmaq, anti-rus isterikasını körükləmək heç də ağıllılıq və ya vətənpərvərlik əlaməti deyil.

Aşkar görünür ki, Paşinyan hakimiyyətinin varlığına Ermənistandakı son qalası kimi baxan Qərb, Azərbaycanda illər uzunu yedirib-bəslədiyi şəbəkəsini də çox aktiv şəkildə hərəkətə gətirməklə, emosional millətçi-vətənpərvər kəsimin Rusiyaya qarşı ənənəvi mənfi münasibətini qızışdırmağa, münasibətləri qəsdən gərginləşdirməyə, beləliklə də, Rusiyanın Azərbaycan vasitəsiylə Paşinyan hakimiyyətinə növbəti təzyiq dalğasını neytrallaşdırmağa çalışır.

Baxın, indi Paşinyana ən böyük ictimai dəstəyi və rəğbəti Azərbaycandakı Qərb şəbəkəsi ifadə edir: Demokratiya Sammiti və sülh danışıqları öncəsi Paşinyandan “böyük demokrat” və “Rusiyaya qarşı dirəniş göstərən qəhrəman” obrazı yaratmağa çalışaraq, Qərbin qarşıdakı dönəmdə Azərbaycan hakimiyyətini sıxışdırması və əlinin zəiflədilməsi üçün bütün variantlara əl atır, təkzibedilməz “dəlil-sübutlar” hazırlayırlar…

– Danışıqlar prossesində kifayət qədər həssas mərhələyə qədəm qoyulduğu indiki vaxtda Azərbaycan müxalifəti necə davranmalıdır?

– İndi sülh danışıqlarının da ən kritik, həlledici mərhələsi başlayıb, “Qarabağ ittifaqı” – Rusiya-Türkiyə-Azərbaycan üçlüsü bu prosesi tezliklə sülh sazişiylə yekunlaşdırmağa çalışır. Yenə də Rusiya və Türkiyə Azərbaycanla, Qərb isə Ermənistanla bir hərəkət edir. Daha konkret desək, bu danışıqlarda Azərbaycanın uğurunu istəyənlər Əliyevlə birgədirlər, Ermənistanın uğurunu istəyənlər isə Paşinyanın yanında…

Ayzel

“Azərbaycan müxalifəti Paşinyanın “böyük demokrat” obrazını yaratmağa çalışır“  - Sərt ittiham