Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulubbackend

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Bu barədə İnterpress.az-a Müdafiə Nazirliyindən bildirilib.

“Aprelin 8-i saat 19:20-dən 22:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub”, – məlumatda qeyd olunub.

Bildirilib ki, ordunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.