Azərbaycan qırıcıları İstanbul səmasında şou göstərdi – YENİLƏNİB + FOTO/VİDEObackend

Azərbaycan qırıcıları İstanbul səmasında şou göstərdi – YENİLƏNİB + FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarələri Bosfor boğazı üzərində uçuşu həyata keçirib.

Bununla bağlı görüntülər TEKNOFEST-in (Aerospace and Technology Festival) rəsmi “Twitter” hesabında paylaşılıb.

Azərbaycan və Türkiyə qırıcılarının uçuşu 21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl salamlama məqsədi ilə təşkil edilib.

Həmin videonu təqdim edirik:

 

21-26 sentyabr arasında İstanbulda keçiriləcək TEKNOFEST-dən (Aerospace and Technology Festival) əvvəl Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Bosfor səmasında salamlama uçuşu edəcək.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “Twitter” səhifəsində qeyd edilir:

“Saat 11:00-11:30 (Bakı vaxtı ilə saat 12:00-12:30) arasında gözləriniz İstanbul səmasında olsun.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr və Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarələri Bosfor boğazı üzərində salamlama uçuşu həyata keçirəcək”.

 

 

Bizimlə əlaqə saxlayın