Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 717 min barel olacaqbackend

Azərbaycan üçün gündəlik neft hasilatı kvotası 717 min barel olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OPEC plus” sazişi çərçivəsində Azərbaycan üçün gündəlik neft hasilatı kvotası oktyabrda 717 min barel olacaq.

Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov özünün “Twitter” hesabında yazıb.

O bildirib ki, “OPEC plus” ölkələri neft bazarında yüksək volatilliyi və aşağı likvidliyi azaltmaq məqsədilə oktyabrda avqustdakı istehsal parametrlərinin tətbiqini qərara alıb: “Azərbaycan üçün gündəlik kvota 717 min bareldir”.

Qeyd edək ki, “OPEC+” komitəsi alyansa sazişin avqust parametrlərinə qayıtmağı tövsiyə edib. Bu isə neft hasilatının gündəlik 100 min barel azaldılması deməkdir.

Xatırladaq ki, avqustun əvvəlində “OPEC+” alyansının Monitorinq Komitəsinin videokonfrans formatında keçirilən iclasında sentyabr ayında gündəlik neft hasilatının 100 min barel artırılması razılaşdırılıb. Sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barelə çatdırılması nəzərdə tutulur.