Azərbaycan və Pakistan xarici işlər nazirləri GÖRÜŞDÜbackend

Azərbaycan və Pakistan xarici işlər nazirləri GÖRÜŞDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun pakistanlı həmkarı Şah Mahmud Qureyşi Düşənbədə görüşüblər.

 

İnterpress.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

 

Görüş Düşənbədə keçirilən “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransı çərçivəsində baş tutub.

 

Görüş zamanı nazirlər ikitərəfli münasibətlərdəki prioritet sahələri, həmçinin iqtisadi əlaqələrin gücləndirilməsi və xalqlar arasında əlaqələrin genişləndirilməsini müzakirə ediblər.

 

 

İnterpress.az