Azərbaycan və Rusiya baş nazirləri arasında görüş başladıbackend

Azərbaycan və Rusiya baş nazirləri arasında görüş başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada rəsmi səfərdə olan Azərbaycanın Baş nazir Əli Əsədovla bu ölkənin Baş naziri Mixail Mişustin arasında danışıqlar başlayıb.

Görüşdə Ə.Əsədov xalqlarımız arasında əsrlərlə əməkdaşlıq və qarşılıqlı anlaşma tellərinin bərqərar olduğunu bildirib.

“Azərbaycanda Rusiya ilə münasibətlərə çox dəyər verirlər. Bu münasibətlər prezidentlərimizin fərdi töhfələri və siyasi iradəsi sayəsində strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlib və uğurla inkişaf edir”, – Baş nazir deyib.

Ə.Əsədov rusiyalı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.

 

 

İnterpress.az