Azərbaycan əhalisinin 2023-cü ilin yanvarın 1-i vəziyyətinə görə 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir.
Bu barədə İnterpress.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir.
2022-ci ildə ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub.