Xəbər verdiyumiz kimi, Şəkinin Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlu güllələnərək qətlə yetirilib.
İnterpress.az xəbər verir ki, hadisənin otlaq sahəsinə görə baş verməsi məlum olub.
Belə ki, 1965-ci il təvəllüdlü Namik Məmmədov torpaq sahəsində mal qara otarmaqda günahlandırdığı Azər Sədiyevlə mübahisə edib. Mübahisəyə onların həmkəndlisi İsrafil Məmmədsoy da qoşulub. Yaranmış münaqişə səbəbindən Namik həmkəndlilərini güllələyərək öldürüb. Qətlə yetirilən şəxslərdən İ.Məmmədsoy Baş Şabalıd kəndində yerləşən tibb məntəqəsinin müdiri vəzifəsində çalışırmış.
Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır./Oxu.az