Azərbaycanda maliyyə axını IV rübdə 12 % artıbbackend

Azərbaycanda maliyyə axını IV rübdə 12 % artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin IV rübündə Azərbaycanda maliyyə axını 43,3 milyard manat təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 12,4 % çoxdur.

İnterpress.az  bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, ötən rüb ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (32,9 %), topdan və pərakəndə ticarət (13,6%) və tikinti (9,9 %) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (1,9 milyard manat artım) və nəqliyyat və anbar təsərrüfatı (1,8 milyard manat artım) olub.