“Azərbaycandakı “fətullahçılar”a qarşı zəruri addımlar atılacaq”backend

“Azərbaycandakı “fətullahçılar”a qarşı zəruri addımlar atılacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun avqustun 31-də Türkiyə Respublikasına səfəri başlayıb.

Ankarada nazir Ramil Usubov ilə Türkiyənin daxili işlər naziri Efkan Ala arasında görüş olub. Sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.

“Azərbaycan və Türkiyənin ortaq mövzularından biri də terrora qarşı birgə mübarizədir”.

Trend-in “İhlas” agentliynə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin daxili işlər naziri Əfqan Ala azərbaycanlı həmkarı Ramil Usubovla Ankarada keçirdiyi görüşdə bildirib.

Ə.Ala qeyd edib ki, Azərbaycan və Türkiyə terror təşkilatlarına qarşı mübarizə sahəsində əməkdaşlıq edir: “FETÖ terror təşkilatının Türkiyə ərazisində yox edilməsi üçün də işbirliyimiz davam edir”.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə gələcəkdə də bu kimi məsələlərdə məlumat mübadiləsi etməklə yanaşı, eyni mövqedən çıxış edəcəklər.

Azərbaycanın daxili işlər naziri R.Usubov isə deyib ki, FETÖ terror təşkilatının Azərbaycanda olan üzvlərinə qarşı bundan sonra da zəruri addımlar atılacaq: “Bundan sonra da bu problemin həlli üçün üzərimizə düşən işi yüksək səviyyədə yerinə yetirəcəyik”.

Qeyd edək ki, bir müddət öncə Bakıda fətullahçılara qarşı əməliyyat keçirilib və mobil rabitə xidmətləri göstərən şirkətlərin müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər kimi belə tədbirləri keçirməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətlərinin törədilməsində şübhəli bilinən Azərbaycan vətəndaşları İsrayılov Şahin İsrayıl oğlu, Əhmədli Fuad Zəfər oğlu, Nəcəfov Anar Dursunəli oğlu, Musayev Etibar İmamqulu oğlu və Qasımov Vüqar Şəmisdan oğlu saxlanılıblar. Onların yaşadığı ünvanlarda keçirilmiş baxış zamanı qanunsuz fəaliyyətlərinə dəlalət edən maddi sübutlar aşkar edilərək götürülüb. Azәrbaycan Xalq Cәbhәsi Partiyasının Xәtai rayon Gәnclәr tәşkilatının sәdri olduğu müəyyən edilmiş Fuad Əhmədlinin və Anar Nəcəfovun yaşadıqları ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat və CD disklər, Fətullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarışılıqlı əlaqələrinə dair sənədlər, Vüqar Qasımovun yaşadığı ünvana keçirilmiş baxış zamanı ona məxsus əşyaların arasında çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarının şəxsi sənədlərinin surətləri, onun adına rəsmiləşdirilmiş xeyli sayda mobil telefon nömrələri və qanunsuz fəaliyyətinə aid digər əşyalar aşkar edilib.