“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” – Rəsmi Kiyevbackend

“Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik” – Rəsmi Kiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağdakı silahlı münaqişə tərəflərini qan tökməməyə çağırır”.

İnterpress.az xəbər verir ki, bu sözləri Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba bu gün keçirdiyi onlayn brifinq zamanı söyləyib.

“Bu hadisələrin inkişafını hamımız yaxından izləyirik. Azərbaycanın Xarici İşlər Naziri (Ceyhun Bayramov – red.) İlə telefon danışığım olub. Mövqeyimiz çox aydındır. Müharibə hər zaman kədər, itki, dağıntıdı və səmimi qəlbdən kədərlənirik ki, hazırda Qafqazda bu hadisələr baş verir”,- deyə Kuleba qeyd edib.

Onun sözlərinə görə, indi onsuz da çox yüksək olan emosiyaların qızışdırılmasının qarşısını almaq lazımdır.

“Ukrayna xarici siyasətinin təməl prinsiplərindən biri dövlətlərin ərazi bütövlüyünə dəstək olmaqdır. Azərbaycanın bizim beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyümüzü dəstəklədiyi kimi, biz də Azərbaycanın ərazi bütövlüyünü davamlı olaraq dəstəkləyirik və bu prinsip bizim üçün tamamilə dəyişməz olaraq qalır”,- deyə XİN rəhbəri bildirib.

 

İnterpress.az