Azərbaycanın təhvil verdiyi iki erməninin adları açıqlandı – YENİLƏNİB + VİDEObackend

Azərbaycanın təhvil verdiyi iki erməninin adları açıqlandı – YENİLƏNİB + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan tərəfinin iki mülki ermənini geri qaytarması ilə bağlı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, məlumatda 18 sentyabr 2021-ci il tarixdə yolu azaraq, Qubadlı rayonunun Eyvazlı kəndi ərazisindən Azərbaycan tərəfə keçən Ermənistan vətəndaşları, mülki şəxslər – 19.02.1986-cı il təvəllüdlü Akopyan Hakop Zaveni və 05.06.2001-ci il təvəllüdlü Sarkisyan Aram Qraçiqinin Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 19 sentyabr 2021-ci ildə Ermənistana qaytarıldığı bildirilib.

13:16

Azərbaycan ərazisinə keçmiş iki erməni mülki şəxs Ermənistana təhvil verilib.

Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzindən Trend-in sorğusuna cavab olaraq verilən məlumata görə, 20-21 yaşlı iki erməni dünən axşam saatlarında Ermənistan tərəfinə təhvil verilib.

Erməni mülki vətəndaşları Rusiya sülhməramlılarının vasitəçiliyi ilə qarşı tərəfə verilib.