Azərbaycanlı gənclər boks üzrə Gürcüstan çempionatında yüksək nəticə əldə ediblərbackend

Azərbaycanlı gənclər boks üzrə Gürcüstan çempionatında yüksək nəticə əldə ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

12-17 dekabr tarixlərində Batumidə, Muxran Vaxtanqadze adına İdman Sarayında boks üzrə Gürcüstan çempionatı keçirilib. İnterpress.az yerli mediaya istinadən xəbər verir ki, yarışda Rustavidən olan xanım idmançı Rahibə İsmayılova və Poniçala (Soğanlıq) qəsəbəsindən olan Sahil Allahverdiyev də iştirak ediblər.

Hər iki idmançı öz kateqoriyaları üzrə 48 kq çəki dərəcəsindən yüksək nəticə əldə ediblər.

Belə ki, Rahibə İsmayılova yarışda rəqiblərinə qalib gələrək birinci yer – qızıl medala laiq görülüb, Sahil Allahverdiyev isə ikinci yerə sahib olaraq gümüş medal əldə edib.

Qeyd edək ki, hər iki idmançı bu günədək, bir sıra beynəlxalq yarışlarda Gürcüstanı təmsil ediblər.