“Azərsu”dan intihar edən əməkdaşı ilə bağlı AÇIQLAMAbackend

“Azərsu”dan intihar edən əməkdaşı ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərsu” ASC-nin əməkdaşı, 1987-ci il təvəllüdlü Elxan Quliyev intihar edib.

 

Qurumun mətbuat katibi Anar Cəbrayıllı  açıqlamasında hadisənin bu gün səhər Səbail rayonu ərazisində yerləşən Su Kanal İdarəsində baş verdiyini deyib.

 

Onun sözlərinə görə, intihar edən şəxs nasos qurğularının maşinisti olub, ailəlidir, iki azyaşlı övladı var.

 

A.Cəbrayıllı deyib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır:

 

“Onun hansı səbəbdən intihar etdiyi bilinmir. Yəqin ki, bunu istintaq müəyyənləşdirəcək”.

İnterpress.az