BAKI GƏNCLƏR MƏRKƏZİ TƏRƏFİNDƏN “UŞAQLAR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ KONSERT TƏŞKİL OLUNDUbackend

BAKI GƏNCLƏR MƏRKƏZİ TƏRƏFİNDƏN “UŞAQLAR GÜNÜ”NƏ HƏSR OLUNMUŞ KONSERT TƏŞKİL OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, 1 İyun Uşaqların beynəlxalq müdafiəsi günü münasibətilə Bakı Gənclər Mərkəzi tərəfindən Sabunçu rayon Heydər Əliyev adına istirahət parkında bayram konserti təşkil olunmuşdur.

Konserti giriş sözü ilə açan Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva uşaqları təbrik edərək, onların Azərbaycanın gələcək inkişafındakı rolunu xüsusilə vurğuladı.

Konsertdə Həyat Rəqs Ansamblının üzvləri öz maraqlı rəqs nömrələri ilə çıxışlar edərək bayrama daha da rəng qatdılar.

Ansamblın üzvləri fəxri diplomlarla təltif olundular.

Əziz uşaqlar, bayramınız mübarək!

 

 

PRE

NEXT

 

        İNTERPRESS.az