“Azərbaycan Dəmir Yolları” QSC Novruz bayramı günləri üçün Bakı–Qəbələ–Bakı marşrutu üzrə əlavə 10 qatar reysi təyin edilib.
Artan sərnişin tələbatının qarşılanması məqsədilə bayramda qatarlar hər gün hərəkət edəcək.
Belə ki, 20-26 mart tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli sərnişin qatarı hər gün saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da isə Qəbələ Dəmiryol Vağzalından Bakıya yola düşəcək. Səfərlər müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.
Hazırda Bakı–Qəbələ–Bakı sürətli sərnişin qatarı həftənin şənbə və bazar günləri hər iki istiqamət üzrə hərəkət edir. Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.