Bakıda 82 yaşlı COVID-19 xəstəsi intihar etdibackend

Bakıda 82 yaşlı COVID-19 xəstəsi intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Son bir gündə Bakıda iki intihar hadisəsi qeydə alınıb.

Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 82 yaşlı Məmməd Məmmədov intihar edib. Kişi özünü evinin çardağından asıb. Onun cəsədi 14 dekabr saat 08:10 radələrində aşkarlanıb.

Məlum olub ki, həmin şəxs koronavirus infeksiyasına yoluxubmuş. Rayon prokurorluğu intiharın səbəblərini araşdırır.

İkinci intihar hadisəsi Qaradağ rayonunda qeydə alınıb. 1980-ci il təvəllüdlü Ucar rayon sakini Xəyalə Məmmədova qohumunun evində intihar edib. Qadın özünü zirzəmidə yaylığından asıb. İlkin məlumatlara görə, o, ruhi xəstəlikdən əziyyət çəkib.

Faktla bağlı istintaq Rayon Prokurorluğu tərəfindən aparılır.

İnterpress.az