Bakıda daha bir qəsəbə Balaxanı kimi olacaqbackend

Bakıda daha bir qəsəbə Balaxanı kimi olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının əsas və qədim kəndlərindən olan Əmircan qəsəbəsində də təmir-bərpa və abadlıq işləri başlayıb.

Bu barədə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Əmircan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlixan Əliyev bildirib.

Onun sözlərinə görə, abadlıq və bərpa işləri artıq üç aydır ki, davam edir.

Ə.Əliyev qeyd edib ki, qəmbər daşların düzülməsi müəyyən vaxt aparacaq:

“Əmircanda işlər Balaxanıdakından çox çəkəcək. Çünki ərazi baxımından Əmircan daha böyükdür. Hazırda qəsəbənin qədim divarlarında da restavrasiya işləri görülür. Malalar çapılır, sonra daşların arası xüsusi məhlulla təmizlənir, ardından üzərinə müəyyən kimyəvi məhsul çəkilir ki, onların qədimliyi üzə çıxsın. Yeni mişar daşlarından hörülən hasarlara aqlay vurulur, bəzi hasarlar isə fransız boyaları ilə boyanacaq. Əmircanda qədimlik müasirliklə birləşəcək”.

 

İnterpress.az