Bakıda itkin düşən qızın anası danışdı: “Onu kimsə aldadıb aparıb”backend

Bakıda itkin düşən qızın anası danışdı: “Onu kimsə aldadıb aparıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda 17 yaşlı qız itkin düşüb.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məlumata görə, Bakının Səbail rayonu, Bayıl qəsəbə sakini, 2004-cü il təvəllüdlü Əliyeva Leyla Rauf qızı mayın 20-də səhər saatlarında evdən çıxıb və bir daha geri qayıtmayıb.
L.Əliyevanın anası Rəisə Əliyevə Oxu.Az-a açıqlamasında bildirib ki, qızı evdən çıxarkən onu görməyib:
“Səhər gördüm ki, qızım qapını açıq qoyub gedib. Ona zəng edən zaman “Məni narahat etməyin, gəlməyəcəyəm”, – deyə bildirdi”.
Qızın anası iddia edir ki, onu kimsə aldadaraq aparıb.
Hadisə ilə bağlı Səbail Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsinə müraciət edilib.
Leyla Əliyevanı görən şəxslərdən 055 812 19 01 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.

 

 

İnterpress.az