Bakıda keçirilən qanunsuz aksiyanın qarşısı alınıbbackend

Bakıda keçirilən qanunsuz aksiyanın qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Nəsimi rayonu ərazisində bir qrup şəxsin qanunsuz aksiya keçirməsinin qarşısı alınıb.

İnterpress.az-ın məlumatına görə, söhbət metronun 28 May stansiyası yaxınlığındakı ərazidən gedir. Bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.

Lakin insanların bir araya toplaşmasının səbəbi məlum olmayıb.

Hadisə ilə bağlı sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada bildirilib ki, paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib:

“Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb. Saxlanılan yoxdur”.

 

 

İnterpress.az