Bakıda polislərimizdən nümunəvi addım – onu necə xilas etdilər?backend

Bakıda polislərimizdən nümunəvi addım – onu necə xilas etdilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

PEŞƏKARLAR HƏYAT QURTARIR

Polisin psixoloji hazırlığı xidmətdə dönüş yaradır

Nəsimi rayonunda intihar etmək istəyən gənci Rayon Mühafizə İdarəsinin əməkdaşları fikrindən daşındırıb, həyatını xilas ediblər.

İnterpress.az xəbər verir ki, bir neçə gün əvvəl saat 20.00 radələrində Alı Mustafayev küçəsində 3-cü mikrorayon dairəsindəki körpüdan bir nəfərin özünü atmaq istədiyini görən ərazidə xidmət aparan mülki mühafizə xidmətinin əməkdaşları Kamil Muxtarlı, Seymur Vəliyev və həmin vaxt xidməti yoxlayan baş mühafizə inspektoru, polis leytenantı Cavid Ömərov bu barədə dərhal Növbətçi Hissəyə məlumat verib.

Daha sonra hadisə yerinə ərazi üzrə xidmətdəki avtomarşrutun əməkdaşları, polis baş serjanti Turan Səfərov və polis serjantı Kamal Abdullayev çağırılıb.

Polislər körpüdən atılmağa hazırlaşan gənclə psixoloji söhbət aparıb, özünü öldürmək istəyindən çəkindiriblər. Daha sonra mühafizə xidmətinin əməkdaşlarıonu ərazi üzrə Nəsimi RPİ 20-ci PB-yə təhvil veriblər. Bölmədə aparı lan araşdırmalar zamanı həmin şəx sin Sabirabad rayon sakini C.Səmədov olduğu müəyyən edilib. O, intihara cəhd etməsinə ailə məsələlərinin səbəb olduğunu deyib. İntiharın çıxış yolu olmadığını psixoloji söhbətlərdən sonra dərk etdiyini bildirən vətəndaş onu yanlış yoldan döndərmiş polislərə minnatdarlıq edib.