Bakıda “Porsche”aşıb , yaralılar varbackend

Bakıda “Porsche”aşıb , yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda gecə saatlarında “Porsche” markalı avtmobil qəza törədib.

Hadisə saat 00:05 radələrində Yasamal rayonu, Nərimanov prospektində baş verib. Yayılan ilkin informasiyada və hadisə şahidlərinin verdiyi məlumata əsasən, avtomobili 1990-cı il təvəllüdlü Süleymanova Aytən Qabil qızı idarə edib.

Lakin rəsmi sənədlərdə “Porsche”ni Teymur Əhmədovun sürdüyü qeyd edilib. 30 yaşlı T. Əhmədov yüksək sürətlə idarə etdiyi “Porsche Cayenne” markalı 10 BB 709 nörməli avtomobili diqqətinin yayınması nəticəsində yolun kənarındakı maneələrə çırpıb. Nəticədə avtomobil aşıb. Sürücü T.Əhmədov və avtomobildə olan həmyaşıdı qızlar – Gülüzə və Aytən bədən xəsarətləri alıblar. Onlar Travmatologiya İnstitutuna yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

         İnterpress.az