Bakıda Rusiya-Azərbaycan Ekspert Şurasının V iclası keçirilir.
İnterpress.az xəbər verir ki, platforma 2021-ci ildə yaradılıb və iclaslarını Moskva və Bakıda keçirib.
“Bizim gündəliyimizdə ikitərəfli məsələlər var. Regional təhlükəsizlik məsələlərinə, bir sıra logistika və nəqliyyat məsələlərinə toxunacağıq”, – Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (CAİR) İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.