Bakının mərkəzində qazilərlə şəhid ailəsi əlbəyaxa oldular — Xəsarət alan var (VİDEO)backend

Bakının mərkəzində qazilərlə şəhid ailəsi əlbəyaxa oldular — Xəsarət alan var (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən “Qızılgül bağı” parkının arxa hissəsində I Qarabağ müharibəsi qaziləri ilə şəhid ailəsi arasında insident yaşanıb. İnsident zamanı şəhid ailəsi olan sahibkar Əyanət Məmmədovun xəsarət aldığı deyilir. 

Şəhid ailəsi Əyanət Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri başına toplayaraq, ondan qanunsuz olaraq aylıq 1000 manat pul tələb edir.

“Özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri də başına toplayaraq, mənə hücum edib. Onlar Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən “Qızılgül bağı” parkının arxa hissəsində məndən aylıq 1000 manat pul verməyimi tələb ediblər. Qurban Əliyev mənə dedi ki, həmin pulu “Vətən müharibəsi əlillərinə kömək” ictimi birliyi adından toplayırıq. Səbəb kimi də mənə deyir ki, biz Qarabağ qazisiyik və sən bizə bu qədər vəsait verməlisən. Mən isə həmin pulu verməyəcəyimi deyəndə onlar mənə çəliklə hücum etdilər və başıma xəsarət yetirdilər. Bununla bağlı cənab Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etmişəm. Hazırda araşdırma aparılır”.

***

Əyanət Məmmədovun ittihamlarına “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi cavab verib.

İctimai birlikdən Demokrat.az-a göndərilən açıqlamada deyilir:

“Son günlər bəzi kütləvi informasiya vasitələrində Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən “Qızılgül bağı” parkının arxa hissəsində I Qarabağ müharibəsi qaziləri ilə şəhid ailəsi arasında insident yaşandığını əks edirən xəbərlərdə deyilir ki, insident zamanı özünü şəhid şəhid ailəsi kimi təqdim edən sahibkar Əyanət Məmmədov xəsarət aldığını deyərək Qazilər tərəfindən döyülməsini şəxsi maraqlarına uyğun olaraq və özünə sərf edən şəkildə izah edirdi.

Şəhid ailəsi Əyanət  Məmmədov bildirib ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri başına toplayaraq, ondan qanunsuz olaraq aylıq 1000 manat pul tələb edir.

Əlavə olaraq qeyd edək ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin idarə heyyəti və üzvüləri arasında Qurban Əliyev adlı belə bir şəxs yoxdur. Bir daha bəyan edirik ki, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyinin işgüzar və ictmai nüfuzuna xələl gətirən bu sayaq yazılar peşəkar və obyektiv jurnalistka prinsipləri ilə ziddiyyət təşkil edir.

Onu da bildirək ki, bu şəxs  mətbuata  yaydığı açıqlamada bunun əksini sübut etməyə çalışdığı yazılara da rast gəlinir. Nəticədə Həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmağa yönəlmiş və hadisələrin əsl mahiyyətini təhrif edən yazıların media orqanlarında dərc edilməsi təssüf doğurur. Onu da qeyd edək ki, Azərbaycan Respublikası “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi Vətənimizin Bütövlüyü və Suverenliyi uğrunda gedən döyüşlərdə Milli Qəhrəman, Əlil, Veteran və Şəhid olmuş döyüşçülərə və onların ailə üzvlərinə maddi, mənəvi, hüquqi, sosial və tibbi reabilitasiya sahəsində köməklik etmək məqsədi ilə təsis olunmuşdur.

Nəzərinizə çatdırmaq istəyirik ki, koronavirus pandemiyası ilə əlaqədar Heydər Əliyev Fondunun #bizbirlikdəgüclüyük aksiyasına qoşularaq 5000-dən çox ailəni, II Qarabağ müharibəsinin ilk günlərindən, yəni sentyabr ayının 27-dən bu günə qədər terrorla üzləşən dinc əhalinin və qaçqın düşərgələrini ərzaqla təmin edirik, hazırda Yevlax, Goranboy, Tərtər, Bərdə və Ağdam yerli icra orqanları ilə əməkdaşlıq çərçivəsində ön cəbhədə döyüşən əsgərlərimizə lazımi avadanlıq, ərzaq və geyim yardımı göstərməkdə davam edirik.

Hazırda ən əsas hədəfimiz ölkə başçımız Ali Baş Komandan İlham Əliyev cənablarının ətrafında sıx birləşmək və dövlətimizin müstəqilliyini əbədi yaşatmaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq rəhbərlik etdiyiniz media orqanında dərc edilmiş yazı ilə bağlı təkzib verməyinizi xahiş edirik”.