Bakıxanovda həssas qruplara sosial-hüquqi dəstək göstərilib – FOTOLARbackend

Bakıxanovda həssas qruplara sosial-hüquqi dəstək göstərilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sosial problemlərin həlli təşəbbüsləri” adlı layihənin icrasını davam etdirir.

4 ay müddətində Bakıxanov qəsəbəsində həyata keçirilən layihənin məqsədi Bakı şəhərinin Bakıxanov qəsəbəsində yaşayan həssas əhali qruplarının (yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin) sosial hüquqlarla bağlı maarifləndirilməsi, problemlərinin həllində (sosial sahədə hüquqi, maddi və mənəvi yardım, həkim müayinəsi və müalicəsini təşkil etmək yolu ilə) yardım etməklə onların sosial və mənəvi inkişaflarına dəstək verməkdir.

Layihə çərçivəsində növbəti tədbir iyunun 14-də Bakıxanov qəsəbəsi, S. Mehmandarov küçəsində keçirilib. 22 nəfərin iştirak etdiyi dəyirmi masada layihənin təlimçisi Oktay Qasımov sosial hüquqlarla bağlı məlumat verdikdən sonra iştirakçıların suallarını cavablandırıb. Layihənin hüquqşünası Leyli Quliyeva aşağıdakı şikayətçiləri dinləyib və onlara məsləhətlər verib;

1.Mustafayeva Səadət: Sosial müavinətin alınması ilə bağlı müraciət edib və ona sosial müavinətin verilməsi qaydaları izah edilib.

2.Həsənova Gilas: Üç övladının xəstəliyi ilə bağlı məlumat verib. Lakin onlara əlillik pensiyası düzəldə bilmədiyini bildirib. Əlillik pensiyasının xəstəxana rəyi alınması, yaşadığı ərazidə sahə həkiminə müraciət edilməsi və forma 88-i poliklinika tərəfindən əlillərin bərpa mərkəzinə göndərilməsi və bütün prosedur qaydalar izah edilib.

3.Xəlilova Gülzar: Təqaüdünün az olmasınnan şikayət edib. Bununla bağlı DOST xidmətinə müraciət edib təqaüdünün yenidən hesablandırılması lazım olduğu izah edilib.

4. Vəliyeva Gülnarə: Bildirib ki, məcburi köçkündür, yoldaşı xəstədir və tək özü işləyir, dolana bilmir, dərmanları çatdırıb ala bilmir. Ona sosial yardım alması üçün müraciət qaydaları izah olunub və qeyd olunub ki, Azərbaycan Respublikasının dövlət büdcəsi sosial yönümlüdür və hökumət əhlinin azgəlirli təbəqisinin rifahını yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirir.

Şikayətçilərə məsləhət görülüb ki, onlar lazım bilirlərsə, şikayətlərini təşkilata yazılı formada təqdim etsinlər və ictimai birlik lazımı instansiyalara məktub yazaraq şikayətləri çatdıra bilər.