İnterpress.az-ın əldə etdiyi özəl məlumata görə 27 apreldə vəfat edən Əməkdar artist Baloğlan Əşrəfovun yüzlərlə adamın iştirakı ilə yas mərasimi keçirilib.
Məclis Rusiyanın Murmansk şəhərində baş tutub. Ehsan mərasimi Murmanskıdakı Azərbaycan diasporunun sədri Afil Qurbanov tərəfindən keçirilib.
Xatırladaq ki, Baloğlan Əşrəfovun dəfn mərasimi pandemiya qaydalarına uyğun olaraq, məhdud sayda şəxsin iştirakı ilə həyata keçirilmişdir.