Balta ilə silahlanmış şəxs lüks “Nissan GT-R”ı DARMADAĞIN ETDİ – VİDEObackend

Balta ilə silahlanmış şəxs lüks “Nissan GT-R”ı DARMADAĞIN ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskvada əlində balta olan şəxs başqasının “Nissan GT-R” markalı avtomobilini darmadağın edib.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskvada qeyri-adi və təhlükəli insident baş verib. Şəhərin Novoyasenevski prospektində əlində balta olan naməlum kişi başqasına məxsus bahalı “Nissan GT-R” markalı idman avtomobilinə hücum edib.

Hadisə şahidlərinin sözlərinə görə, həmin şəxs balta ilə avtomobilə ciddi ziyan vurduqdan sonra heç nə olmamış kimi öz maşınına əyləşərək ərazidən uzaqlaşıb.

Hadisənin hansı səbəbdən baş verdiyi və hücum edən şəxsin kimliyi hələlik məlum deyil.

Hazırda Moskva hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb və həmin şəxsin axtarışını həyata keçirir.

Xuraman Etibarlı

İnterpress.аz