Baş prokurordan yeni təyinatbackend

Baş prokurordan yeni təyinat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prokurorluq orqanlarında daha bir kadr dəyişikliyi olub.

Interpress.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qəhrəman Əsgərov Bakı şəhəri Sabunçu rayon prokurorunun müavini təyin edilib.

O, bu təyinata qədər Baş Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin Böyük Prokuroru vəzifəsində çalışıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı Interpress.az-a təsdiq ediblər.