ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə “erməni soyqırımı” ifadəsindən istifadə edib.
İnterpress.az–nın xəbərinə görə, o bildirib ki, “soyqırımın” ildönümünün qeyd olunması onun “qurbanlarının” anılması və bu “faciənin” unudulmaması üçün səbəbdir.
Qeyd edək ki, Bayden “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir.