Bayramov və Çavuşoğlunun müavinləri Ankarada görüşdübackend

Bayramov və Çavuşoğlunun müavinləri Ankarada görüşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin müavinləri Xələf Xələfovla Yavuz Səlim Kıran arasında görüş keçirilib.

Bu barədə Yavuz Səlim Kıran Tvitter hesabında məlumat yayıb.

“Ölkəmizdə qonaq olan Azərbaycan xarici işlər nazirinin müavini, dəyərli qardaşım Xələf Xələfovla işgüzar naharda bir araya gəldik. Hər zaman Can Azərbaycanın yanında olmağa davam edəcəyik. Birlik harada, dirilik orada!”, – deyə Kıran qeyd edib.

Görüş zamanı ikitərəfli münasibətlər və cari regional məsələlər müzakirə edilib.

 

 

İnterpress.az