Bazar gününə olan hava proqnozu açıqlanıbbackend

Bazar gününə olan hava proqnozu açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında martın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-17° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10° şaxta, gündüz 2-7° isti olacaq.