Belarus Rusiyada istehsal olunan bir sıra malları təhlükəli hesab edib və idxalına qadağa qoyub.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.
Bildirilir ki, Belarusun Dövlət Standartı Rusiyada istehsal olunan “Kartoşka” və “Oreşek qaynadılmış qatılaşdırılmış südlü” peçenyeləri təhlükəli hesab edib və idxalına qadağa qoyub.
“Kartoşka” peçenyeləri Çelyabinsk “Kolos” müəssisəsi tərəfindən istehsal olunur. Şirniyyat məmulatının tərkibində Belarusun dövlət standartı ilə icazə veriləndən 1,2 dəfə çox sorbin turşusu (E200) var.
“Sevimli mağaza” brendinin qatılaşdırılmış südlü qozlarını Penzadakı “Kapital” şirkəti istehsal edir. Onların tərkibində natrium benzoat (E211) var ki, Belarusda belə məhsullar qadağandır.
Xuraman Etibarlı
İnterpress.az