Belarusda qoşunların döyüş hazırlığının yoxlanılması davam etdiriləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko məlumat verib.
Lukaşenko bildirib ki, Belarusda Silahlı Qüvvələrin hazırlığının yoxlanılması davam etdiriləcək və bu proses səfərbərlik tədbirlərinə qədər gedib çıxa bilər.
“Xalq arasında dediyim kimi, ordunu silkələmək lazımdır, vaxtı çatıb”, – Lukaşenko qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az






