Belçika polisi Aİ-nin diplomatik xidmətinin qərargahında AXTARIŞ APARIRbackend

Belçika polisi Aİ-nin diplomatik xidmətinin qərargahında AXTARIŞ APARIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçika polisi Aİ-nin diplomatik xidmətinin qərargahında axtarış aparır.

İnterpress.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb. Aİ vəsaitlərindən sui-istifadə və korrupsiya şübhəsi ilə 3 nəfər saxlanılıb.

Məlumata əsasən, Belçika polisi Avropa İttifaqının diplomatik xidmətinin baş qərargahında axtarış əməliyyatı keçirir.

Reydlərin həmçinin Brügge şəhərindəki Avropa Kollecində və bir sıra şəxsi evlərdə Aİ vəsaitlərindən ehtimal olunan sui-istifadə ilə bağlı istintaq çərçivəsində aparıldığı bildirilir.

Polis əməkdaşları sənədləri müsadirə edib və üç nəfəri dindirilmək üçün saxlayıb. Onlar satınalmalar zamanı dələduzluq, korrupsiya və maraqların kriminal toqquşması maddələri üzrə şübhəli bilinirlər.

Xuraman Etibarlı

İnterpress.az