Belçikalı diplomat həyat yoldaşına görə vəzifəsini itirdibackend

Belçikalı diplomat həyat yoldaşına görə vəzifəsini itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın xarici işlər naziri Sofi Vilmes ölkəsini Cənubi Koreyada təmsil edən diplomat Piter Leyskueri vəzifəsinin icrasına xitam verib və sabiq səfir geri çağırılıb.

“RİA Novosti” agentliyi xəbər verir ki, bunun səbəbi belçikalı diplomatın xanımının Seulda geyim mağazalarından birində qalmaqal salmasıdır.

Qeyd olunur ki, hadisə aprel ayında baş verib. Səfirin həyat yoldaşı geyimi yoxlamaq məqsədi ilə təzə paltarı geyinərək mağazada gəzişməyə başlayıb.

Lakin satıcılar qadının paltarın pulunu ödəmək istəmədiyindən şübhələnib və tərəflər arasında mübahisə başlayıb.

Mübahisə nəticəsində belçikalı diplomatın qadını işçilərdən birinə zərbə endirib, digərini itələyib.

Hadisə Cənubi Koreyada ciddi müzakirələrə və etirazlara səbəb olub. Qadın öz statusundan sui-istifadə etməkdə günahlandırılıb.

 

İnterpress.az