Suriya xalqına təhlükəsizlik və firavanlıq arzulayıram. vətən məhv etmək olmaz.
İnterpress.az xəbər verir ki, bunu Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd deyib.
“Suriya xalqına təhlükəsizlik və firavanlıq arzulayıram. Ümid edirəm ki, Suriyaya yaxşı günlər qayıdacaq.
Vətən elə bir qüvvədir ki, onu məhv etmək olmaz. Hansı çətinliklərlə üzləşsək də, bu torpağın insanlarını qıra bilməzlər. Gələcəyə birlikdə addımlayırıq.
Mən son bir neçə ildə siyasi məsələlərdə susmuşam və gələcəkdə onlara qarışmaq fikrim yoxdur. Keçən hər gün yeni, daha yaxşı başlanğıc üçün bir şansdır.
Vətən sadəcə coğrafi nöqtə deyil, məsafəyə baxmayaraq qəlbimizdə qalan bir hissdir.
Həyatın hər mərhələsinin öz dərsi, hər dəyişikliyin öz mənası var.
Hər bir insanın öz yolu var və bu yolların bəziləri könüllü seçim deyil”, – Əsma Əsəd bildirib.
Xuraman Etibarlı
İnterpress.az