Biləsuvarda sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər cərimələndibackend

Biləsuvarda sürücülük vəsiqəsi olmadan avtomobil idarə edənlər cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki yollarda piyadaların və nəqliyyat vasitələrinin rahat, təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Növbəti belə tədbir zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən, işıq cihazları və səs siqnallarından istifadə qaydalarını pozan sürücülər yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq, onlarla maarifləndirici söhbətlər aparılıb.

Bu cür tədbirlərin məhz onların və digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması məqsədini daşıdığı izah olunub, barələrində qanunamüvafiq tədbirlər görülüb.

 

 

İnterpress.az