“Birgə təlimlər Ermənistana xəbərdarlıqdır” – Asim Mollazadəbackend

“Birgə təlimlər Ermənistana xəbərdarlıqdır” – Asim Mollazadə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatı Asim Mollazadənin Yenisabah.az-a müsahibəsi:

– Sizcə, birgə təlimlərin keçirilməsində əsas məqsəd nədir?

– Azərbaycan və Türkiyə silahlı qüvvələri uzun zamandır ki, birgə təlimlər keçirirlər. Bu təlimlərin əsas məqsədi Azərbaycan Silahlı Qüvvələrinin səviyyəsini daha da artırmaq və bacarığını inkişaf etdirməkdir. Zabitlərinin və hərbi mütəxəssislərin hazırlanması istiqamətində Türkiyənin dəstəyi nəticəsində Azərbaycan Silahlı Qüvvələri çox yüksək səviyyəyə malik olublar.

Önəmli olaraq birgə təlimləri təkcə Türkiyə ilə deyil, qardaş Pakistanla silahlı qüvvələri ilə də keçirmişik. Burada əsas məqsəd Azərbaycan silahlı qüvvələrinin səviyyəsinin qorunmasıdır.

– Hərbi təlimlərin keçirilməsi üçün niyə məkan olaraq sırf Azərbaycan seçilib? O digər ölkələrdə keçirilə bilməzdimi?

– Türkiyə və Pakistanda da Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə birgə təlimlər keçirilib. Söhbət peşəkarlığın artırılmasından gedir. Yəni əsas məsələ silahlı qüvvələrin yüksək səviyyədə olmağıdır. Rusiya, Ermənistan, İran da bizim sərhədlərdə təlimlər keçirirlər.

– Sizcə, bu təlimlərdən dostlarımız və düşmənlərimiz hansı nəticə çıxartmalıdırlar?

– Azərbaycanın yüksək səviyyəli silahlı qüvvələri var. Əsas bunu bilməlidirlər. Azərbaycanın “dəmir yumruğ”u var. Həmin “dəmir yumruq” İkinci Qarabağ müharibəsində göstərildi. Ordu bunu yenə də göstərməyə hazırdır.

– 3 müttəfiqin birgə təliminə Ermənistan və Rusiya mətbuatında geniş yer verildi. Bu təlimlərdən Ermənistan və Rusiyanın narahat olmasına əsas varmı?

– Ermənistan hansısa bir təxribata əl atmaq niyyətindədirsə, narahat olmağına əsas var. Çünki Azərbaycanın “dəmir yumruğ”u yerindədir. Ermənistan təxribat etsə, yenidən Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etsə, həmin “dəmir yumruq” ona yenidən zərbə endiriləcək.

Nəzrin Vahid

“Birgə təlimlər Ermənistana xəbərdarlıqdır” - Asim Mollazadə