Dünyanın aparıcı kriptovalyutası – bitkoinin qiyməti 63 min ABŞ dollarından aşağı düşüb.
İnterpress.az xəbər verir ki, kriptovalyuta son 24 saat ərzində 2,3 % ucuzlaşaraq 62,852 min ABŞ dollarına satılıb. Nəticədə onun kapitallaşması 1 trilyon 236 milyard ABŞ dolları həddinə enib.
Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 0,15 % azalaraq 3,12 min ABŞ dolları olub.
İlk onluqda qərarlaşan altkoinlərdən ən çox dəyər itirən isə “Solana”dır (5,2 % azalıb).
Kriptovalyuta bazarının toplam dəyəri 2,32 trilyon ABŞ dollarına düşüb.