ABŞ İrana hücumlardan sonra arsenallarını artırmaq üçün 1,2 milyard dollar xərcləyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Pentaqona Qırmızı dənizdəki əməliyyatlar üçün yerləşdirilmiş döyüş gəmilərinin saxlanması və oktyabrın 1-də İran və Husilərin hücumlarını dəf etmək üçün istifadə edilən raketləri doldurmaq üçün 1,2 milyard dollar lazımdır.
Bundan əlavə, Pentaqon əlavə SM-6 ballistik raketlərinin alınması üçün 276 milyon dollar və Tomahawk qanadlı raketlərinin alınması üçün 57,3 milyon dollar tələb edir.
Bu tələb “İsraildəki vəziyyətlə birbaşa əlaqəli olan bölgədəki düşmənçilik hərəkətləri ilə əlaqədar ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında xərclərinə” aiddir.
Xuraman Etibarlı
İnterpress.az