Bloqer Arsen Markaryan barəsində yenidən həbs müddəti uzadılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Taqansk Rayon Məhkəməsi ilkin istintaq orqanlarının təqdimatını təmin edib.
Məhkəmə erməni bloqer Arsen Aşotoviç Markaryanın həbs müddətini daha 2 ay uzadıb.
O, Rusiya Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü hissəsi ilə ittiham olunur.
Hakimiyyət Markaryanın istintaqdan yayınma riskinə görə həbsdə saxlanmasının davam etdirilməsini əsaslandırıb.

Xuraman Etibarlı
İnterpress.az






