BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağında ölən əməkdaşlarının sayı 133 nəfərə çatıb.
İnterpress.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.
“Oktyabrın 7-dən indiyədək UNRWA-nın ümumilikdə 133 əməkdaşı öldürülüb”, – agentliyin hesabatında deyilir.
Hesabatda həmçinin bildirilir ki, müharibə başlayandan bəri UNRWA-nın Qəzzadakı 91 obyektinə zərər dəyib.