BMT proqramına mina məsələsinin daxil edilməsi təklif edildi – VİDEObackend

BMT proqramına mina məsələsinin daxil edilməsi təklif edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mina məsələsinin BMT proqramının məqsədləri sırasına daxil edilməsi təklifi irəli sürülüb.

İnterpress.az xəbər verir ki, beynəlxalq ekspertlər mina məsələsinin 18-ci məqsəd kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Davamlı İnkişaf Proqramına əlavə olunmasına çağırış ediblər.

Qeyd edək ki, bu məsələ Cenevrə mətbuat klubunda “Azərbaycanda minaların zərərləşdirilməsinə aparan yol: beynəlxalq çağırış”adlı konfransda gündəmə gətirilib. Beynəlxalq Mina Xəbərdarlığı Gününə həsr olunmuş tədbir BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) yanında Əsas məşvərətçi statusuna malik olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (İRDG) təşkilatçılığı ilə baş tutub.

Müzakirələr zamanı panel iştirakçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində minanın uzunmüddətli təsiri kimi önəmli məqama toxunublar. Ekspertlər BMT-nin Davamlı İnkişaf Proqramında 17 məqsədin olduğunu, lakin mina məsələsinin 18-ci məqsəd kimi sənədə əlavə olunmasının vacibliyini bildiriblər.

Müzakirələrlə bu linkdə tanış olmaq olar.