BMT taxıl sazişinin müddətinin martda uzadılmasını həyati vacib sayırbackend

BMT taxıl sazişinin müddətinin martda uzadılmasını həyati vacib sayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT mart ayında taxıl sazişinin müddətinin uzadılmasını həyati vacib hesab edir.

“Report”un məlumatına görə, bu barədə BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı bildirib.

“Mart ayından sonra bu təşəbbüsün müddətinin uzadılması həyati əhəmiyyət kəsb edir. BMT paket sazişi çərçivəsində Rusiyadan ərzaq və gübrələrin, o cümlədən ammiakın ixracının təşkilinə yardım etməyə davam edəcək. Bu, qlobal ərzaq təhlükəsizliyini həll etmək üçün daha geniş səylərimizin əsas hissəsi olaraq qalır”, – o deyib.