BMT Ukraynada ölən və yaralanan mülki şəxslərin sayını açıqlayıbbackend

BMT Ukraynada ölən və yaralanan mülki şəxslərin sayını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın tammiqyaslı hücumu başlayandan bu günə kimi Ukraynada 4 169 mülki şəxs ölüb.

“Report” xəbər verir ki, bu barədə BMT İnsan Hüquqları Ali Komisarlığının (UNHR) açıqlamasında deyilir.

Mülki əhalinin yaşayış yerlərinə ağır artilleriya və reaktiv yaylım atəşi qurğuları kimi geniş sahələri məhv edən silahlardan açılan atəş, raket və hava hücumları nəticəsində həlak olduğu qeyd edilir.

Bildirilib ki, ölənlər arasında 1 580 kişi, 1 038 qadın, 102 oğlan və 99 qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 67 uşaq və 1 283 böyük var. Eyni zamanda, 4 982 nəfər yaralanıb.

Qeyd olunur ki, faktiki itkilər daha çoxdur.