Bodrumda 60 qeyri-qanuni mühacir tutulubbackend

Bodrumda 60 qeyri-qanuni mühacir tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə Muğlanın Bodrum rayonu sahillərində 3 ayrı rezin qayıqda 60 qeyri-qanuni immiqrant tutulub. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Sahil Təhlükəsizlik Komandanlığının internet saytında yer alan açıqlamaya görə, müxtəlif vaxtlarda Bodrum sahillərində üç ayrı rezin qayıqda qeyri-qanuni mühacirlərin olduğu müəyyən edilib.

Sahil Mühafizə qrupları əraziyə yönəldilib.

Qeyri-qanuni yollarla xaricə getməyə çalışan 60 qeyri-qanuni mühacir dayandırılmış rezin qayıqlarda yaxalanıb.

Qeyri-qanuni immiqrantlar əməliyyatlarından sonra İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.